Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına yekun vurulub.
Sportnet.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışın son gününündə sərbəst güləş üzrə 61 kq, 70 kq, 79 kq, 92 kq və 125 kq-da medalçılar müəyyənləşib.
Bu çəki dərəcələrindən ikisində - 79 kq və 92 kq-da qızıl medalı legionerlər qazanıb. 125 kq çəkidə isə Giorgi Meşvildişvili zədəsini səbəb göstərərək, final görüşünə çıxmayıb. Nəticədə ən ağır çəkidə qalibi adını yerli pəhləvan Yusif Dursunov əldə edib.
61 kq
- Nürəddin Novruzov (Neftçi)
- Ceyhun Allahverdiyev (MOİK)
- Əliabbas Rzazadə (Neftçi), Fərhad Hacıyev (Neftçi)
70 kq
- Kənan Heybətov (Sərhədçi)
- Ramik Heybətov (AHİTA)
- Omar Gülməmmədov (Neftçi), Mircavad Nəbiyev (AHİTA, Abşeron)
79 kq
- Cəbrayıl Hacıyev (AGF)
- Fərid Cabbarov (Neftçi)
- Sahib Dadaşov (Neftçi), Ramiz Həsənov (Gəncə, Təhsil 1)
92 kq
- Ali Tsokayev (AGF)
- Abubakr Abakarov (AGF)
- Şəmistan Axundov (Neftçi), Təbriz Bayramov (Sumqayıt, Təhsil)
125 kq
- Yusif Dursunov (Neftçi)
- Giorgi Meşvildişvili (Neftçi)
- Muxamad Qantemirov (AGF), Xəyal Xanmuradov (Masallı)





















































































