Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Avstraliyanın Sidney şəhərində keçirilən UFC 325 turnirində çıxış edib.
Sportnet.az-ın məlumatına görə, rəqib braziliyalı Maurisio Ruffi olub.
70 kq-dək çəki dərəcəsində baş tutmuş qarşılaşmada Ruffi texniki nokautla qalib gəlib. Qarşılaşma 2-ci raundda - döyüşün 4 dəqiqə 30-cu saniyəsində Fiziyevin ardıcıl zərbələr buraxmasından sonra dayandırılıb.
Qeyd edək ki, 32 yaşlı Rafael Fiziyev karyerasında 13-cü döyüşündə 5-ci məğlubiyyətlə üzləşib. 29 yaşlı Maurisio Ruffi isə 13-cü qələbəsini qazanıb. Onun cəmi 2 məğlubiyyəti var.










































































