"İlk dəfədir ki, çalışdığım dövrdə Avropa çempionatında 4 idmançımız finala çıxdı”. Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov deyib.
Məmmədov qadınlar arasında 48 kq çəki dərəcəsində Belarus yığmasının heyətində qitə çempionatının bürünc mükafatına yiyələnmiş Leyla Abbasova barədə də danışıb. O, Abbasovanın millimizə cəlb olunmasının nə dərəcədə mümkünlüyündən danışıb: "Onunla maraqlanmışıq. Leylanın atası azərbaycanlıdır. Lakin ailə vəziyyəti ilə əlaqədar yığmamıza cəlb etmək mümkün olmadı və o, Belarusun şərəfini qoruyacaq”.
Qeyd edək ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunmuş Avropa çempionatında samboçularımız 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.