İranın Şiraz şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku start götürüb. Sportnet.az-ın məlumatına görə, yarışda Azərbaycanla yanaşı, Rusiya, İran, Türkiyə, Qazaxstan, Belarus, Almaniya və Ukrayna güləşçiləri iştirak edir.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, Türkiyə və Ukrayna komandaları ilə B qrupunda mübarizə aparıb. A qrupunda isə, Rusiya, Belarus, Almaniya və Qazaxstan komandaları qüvvələrini sınayıb. İlk görüşlərdən sonra qrup üçüncüsü olan yığmamız digər qrupun üçüncüsü ilə 5-ci yer uğrunda görüşə çıxacaq.
B qrupu
AZƏRBAYCAN - Türkiyə
59 kq - Taleh Məmmədov - Fatih Üçüncü 2:1
66 kq - Elman Muxtarov - A.Günal 3:5
71 kq - Rüstəm Əliyev - S.Can 9:0
75 kq - Şəmistan Quluzadə - Furkan Bayrak
80 kq - Emin Əhmədov - Burhan Akbudak 7:9
85 kq - İslam Abbasov - Kansu İldem 5:0
98 kq - Orxan Nuriyev - Fatih Başköy 0:2
130 kq - Oyan Nəzəriani - Atilla Güzel 0:2
AZƏRBAYCAN - İran
59 kq - Sakit Quliyev - Saman Murad Abduli 1:3
66 kq - Azad Əliyev - Omid Hacı Nooruzi 0:8
71 kq - Ruhin Mikayılov - Afşin Byabanqard 0:4
75 kq - Şəmistan Quluzadə - Saleh Boveyripayani 0:8
80 kq - Emin Əhmədov - Yusif Əhməd Gaderian 0:5
85 kq - İslam Abbasov - Hossein Ahmad Nuri 6:4
98 kq - Türmən Eyyubov - Mahdi Abbas Aliyarifeyzabadi 0:8
130 kq - Oyan Nəzəriani - Behnam Aliakbar Mehdizade 2:3
AZƏRBAYCAN - Ukrayna - 5:3
59 kq - Taleh Məmmədov - Yevgeni Miaqxi 4:2
66 kq - Azad Əliyev - Artur Politaev 8:6
71 kq - Ruhin Mikayılov - Oleksandr Litvinov 2:0
75 kq - Rüstəm Əliyev - Yevgeni Pişkov 3:0
80 kq - Emin Əhmədov - Yaroslav Filçakov 2:4
85 kq - İslam Abbasov - Oleksandr Şişman 1:3
98 kq - Orxan Nuriyev - Zelimxan Cihasov 2:0
130 kq - Oyan Nəzəriani - İqor Didik 2:4
Qeyd edək ki, ötənilki Dünya Kubokunda yunan-Roma güləşi üzrə Azərbaycan yığması Dünya Kubokunu qazanıb.