1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Parataekvondoçulardan 9 medal
Polşanın paytaxtı Varşava şəhərində parataekvondo üzrə 5-ci Avropa çempionatı başa çatıb. Sportnet.az-ın məlumatına görə, ötən gün keçirilən qitə birinciliyndə idmançılarımız 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.
Millimizin heyətində Aleksandr Poluşuk (+75 kq., K 42) və Nicat Müslümov (-75 kq., K 42) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər parataekvondoçularımız Xəzər Mirzəyev (-75 kq., K 43), Şəhmir İbadov (-61 kg., K 42, Röyalə Fətəliyevaya (-58 kq., K 44) qitə birinciliyinin gümüş, Namiq Abbasov (-61 kq., K 43), Aynur Məmmədova (+58 kq., K 44), Əbülfəz Abuzərli (-75 kq., K 44), Anar Hüseynov (-61 kq., K 41) bürünc medallarına sahib olublar.
Nəticədə millilərimiz kişilər arasında 2-ci, ümumi komanda hesabında isə 3-cü yeri tutublar. Milli komandamız bu gün Vətənə geri dönəcək. Avropa Çempionatında milli komandamızı 4 kateqoriyada 11 idmançı təmsil edib. Nicat Müslimov isə Avropa çempionatının ən yaxşı kişi idmançısı seçilib.
Qeyd edək ki, qitə birinciliyinə 32 ölkədən 120-dən çox idmançı qatılıb.