Serbiyanın Belqrad şəhərində təşkil edilən "Serbia Open" beynəlxaq turnirinə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, G1 kateqoriyalı yarışa 12 idmançı ilə qatılan gənclərdən idarət Azərbaycan milli komandası 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanaraq növbəti uğura imza atıb.
45 kq çəki dərəcəsində yarışa qatılan Azay Qənbərli rəqiblərinə şans verməyərək fəxri kürsün qızıl pilləsinə qalxıb. Ayazın finalda rəqibi komanda yoldaşı Bəhruq Quluzadə olub. Digər gənc taekvondoçulardan Qaşım Maqomedov (55 kq) və Əliəsgər Əliyev (68 kq) həlledici döyüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub. 59 kq çəki dərəcəsində mübarizə aparan Əli Məmmədov və Aliyə Zeynalovanın (44 kq) isə yarımfinal mərhələsindəki rəqibləri keçilməz olub.
Sayca 15-ci olan G1 kateqoriyalı yarış Belqrad şəhərinin "Pioner” idman arenasında keçirilib. Xatırladaq ki,gənc yığmamızı noyabr ayında dünya birinciliyi gözləyir. Qitə birinciliyi 16-20 noyabr tarixlərində Kanada da keçiriləcək. Komandamız vətənə 31 oktyabrda vətənə dönəcək.