Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədovun bu gün həyatında əlamətdar gündür. Sportnet.az-ın məlumatına görə, dünya və Avropa çempionu olan 36 yaşlı rinq ustası subaylığın daşını atır.
Toy mərasimi "Park Meridian"da olacaq.
Xatırladaq ki, Fariz Məmmədov fevralda Bakıda keçirilən dünya çempionluğu uğrunda döyüşdə qalib olandan sonra karyerasını bitirib. O, "Qəbələ" İK-da boks bölməsinə rəhbərlik edir.