Martın 31-də Gürcüstanın paytaxtı Tbilisidə start götürəcək Qran Pri üçün cüdo üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Sportnet.az-ın Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, beynəlxalq yarışa 6 xanım və 10 kişi idmançı - Leyla Əliyeva (48 kq), Nəzakət Əzizova (52 kq), Səkinə Zayirova (57 kq), Xanım Hüseynova (63 kq), Nuriyyə Axundova (63 kq), Günel Həsənli (78 kq), Sahib Əsgərov (60 kq), Mehman Sadıqov (60 kq), Orxan Hacıağalı (66 kq), Tərlan Kərimov (66 kq), Elvin Mustafayev (73 kq), Afiq Səfərli (81 kq), Firudin Dadaşov (90 kq), Abdulhəqq Rəsullu (90 kq), Zelim Kotsoiev (100 kq) və Cəlil Şükürov (+100 kq) qatılacaq.
Qeyd edək ki, Qran Pri 3 gün davam edəcək.