
Brüs Linin qarışıq döyüş sənəti üzrə yeganə real döyüşünün videoyazısı üç gün ərzində 8 milyondan çox baxış toplayıb. Sportnet.az-ın məlumatına görə, video "YouTube"də "Bruce Lee Central" kanalında yerləşdirilib.
Bu videoya keçidin dəqiq sayı hazırda 8,109 milyondan çoxdur. Brüs Li ilə döyüşən onun şagirdi, şəxs hazırda ABŞ-da şərq döyüş sənəti üzrə dərslər keçən Ted Vonqdur.