Rusiyanın Soçi şəhərində keçirilən yeniyetmə və gənclər arasında qılıncoynatma üzrə Avropa çempionatı bu gün başa çatır.
Sportnet.az-ın məlumatına görə, turnirin sonuncu yarış günündə Fərrux Səfərov, Barat Quliyev və Xalid Əsədovdan ibarət şpaqa üzrə komandamız İsveç yığması ilə qarşılaşıb.
Görüş İsveç komandasının 45:23 hesablı qələbəsi ilə başa çatıb. Nərminə Cəfərova, Aysel Əhədova və Ayla Muradzadədən ibarət sablya üzrə komandamız isə komanda yarışında Polşa yığması ilə üz-üzə gəlib. Polşalı sablyaçılar komandamızı 45:27 hesabı ilə məğlub edib.








































































