Belarusun paytaxtı Minskdə yunan-Roma güləşi üzrə Oleq Karavayevin xatirə turniri start götürüb.
Sportnet.az xəbər verir ki, ilk yarış günündə Taleh Məmmədov (63 kq) bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Yarımfinalda büdrəyən Orxan Nuriyev (97 kq) bürünc medal uğrunda güləşəcək. Rafiq Hüseynov (82 kq) isə təsəlliverici qarşılaşmaya çıxacaq.
Bu çəkilərdə həlledici görüşlər sabah keçiriləcək.