Azərbaycanın iki stolüstü tennisçisi Almaniyanın paytaxtı Berlində təşkil olunan "WTT Youth Contender" turnirində medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Onur Quluzadə U-15, Ələkbər Mirzəliyev isə U-11 yaş dərəcəsində ücuncü yeri tutub.
Yarışda oğlanlardan ibarət seçmə komandanın baş məşqçisi Ramin Cəfərovun rəhbərliyi altında 3 idmançı mübarizə aparıb.
Bu gün Çexiyaya yollanan Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədlidən ibarət trio Havirov şəhərində keçiriləcək analoji turnirdə də etimadı doğrultmağa çalışacaq.













































































