İdman Araşdırmalar Mərkəzinin həyata keçirdiyi İlin qalibləri - 2018" layihəsi üçün sorğu nəticəsində "İlin idmançısı" nominasiyasında ən çox səs toplayan 3 idmançı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bunlar yunan-Roma güləşçisi Eldəniz Əzizli, şahmatçı Şəhriyar Məmmədyarov və qadın güləşçi Mariya Stadnikdir.
Qalib idmançının adı dekabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq. "Topaz" şirkətinin baş sponsorluğu, "İl Azero" şirkətinin sponsorluğu, Bakı Olimpiya Stadionunun təşkilati dəstəyi və "Report"un İnformasiya dəstəyi ilə həyata keçiriləcək tədbir saat 11:00-da başlanacaq.