1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Karateçilərimizdən 10 medal
Azərbaycanın karate üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandaları Xorvatiyanın Samobor şəhərində keçirilən Qran Pridə 10 medal qazanıb.
Sportnet.az xəbər verir ki, əldə olunmuş mükafatlardan 4-ü qızıl, 1-i gümüş, 5-i isə bürünc olub. Katada Roman Heydərov 18 - 20 yaşlı gənclər və böyüklər arasında qalib olub. Ceyhun İsmayılov 16-17 yaşlılar arasında birinci yeri tutub.
Kumite yarışlarında Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, 57 kq) qızıl, Murad Hacızadə (18 - 20 yaşlı gənclər, +84 kq) gümüş medala yiyələnib. Fidan Dadaşova (14-15 yaşlı yeniyetmələr, 47 kq), Mədinə Sadıxova (16 - 18 yaşlı gənclər, 48 kq), Tural Yaqubov (16 - 18 yaşlı gənclər, 68 kq), Müseyib Məmmədov (18 - 20 yaşlı gənclər, 60 kq) və Emil Güləhmədov isə (18 - 20 yaşlı gənclər, 84 kq) bürünc mükafata layiq görülüblər.
Qeyd edək ki, Qran Pridə 23 ölkədən 1621 karateçi mübarizə aparıb. Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığma komandaları 8 - 10 fevralda Danimarkanın Olborq şəhərində keçiriləcək Avropa çempionata gözləyir.