
Bakinin Hövsan qəsəbəsində yerləşən Olimpiya kopleksində kyokuşindo üzrə ümumrespublika tiurniri keçirilib.
Sportnet.az xəbər verir ki, 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnirdə Baki rayon və qəsəbələrindən başqa Bərdə, Tər-Tər, Yevlax, rayonlarını təmsil edən 70 dən artıq idmançı qatılıb. Yarış komanda hesabı, müxtəlif yaş qruplarında və çəkilərdə keçirilib.
Komanda yarışlarında Bakı şəhəri Nizami rayonu kollektivi 1-ci yerə nail olub. Digər qalib və mükafatçılardan Rəşid Rüstəmov, Alışan Mehbalıyev, Arif Nəzərov, Elvin İskəndərov, Məhəmməd Mirzəzadə, Alı Mustafayev və Ümüd Sultanovu qeyd etmək olar.
Yarışa böyük dəstək “Qarabag əlilləri cəmiyyəti” tərəfindən verilib.
Qeyd edək ki, Kyokuşindo nisbətən gənc doyüş növlərindən sayılır. Karate-do və kyokuşinkaydan fərqli olaraq yeni döyüş növündə müxtəlif güləş fənləri, habelə bogucu və sındırıcı fənlərdə yer alir. Yarışmalar daha çox qaydasız döyüşu xatırlayır: bu səbəbdən idman növünə MMA və digər qaydasız döyüşlərin nümayindələri can atırlar. Kyokuşindo karate təşkilatının rəhbəri Fariz Mirzəyevin dediyinə görə, bu döyüş növü tezliklə bütün dünyada rəgbət qazanacaq.