
Azərbaycanın güləş yığmaları aprelin 8-də Rumıniyanın paytaxtı Buxarestdə start götürəcək Avropa çempionatının son hazırlıqlarına start verib.
Sportnet.az xəbər verir ki, sərbəst və yunan-Roma güləşi üzrə millilər martın 25-dən Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışına başlayıb. Qadınlardan ibarət yığma isə son toplanışı Ukraynada keçir. Bu komanda Buxarestə Kiyevdən yollanacaq.
Qeyd edək ki, reqlamentə əsasən, 8 - 10 apreldə sərbəst, 10 - 12 apreldə qadın, 12 - 14 apreldə yunan-Roma güləşçiləri mübarizə aparacaq.