İdman Araşdlırmalar Mərkəzi "İlin Qalibləri-2019" layihəsi çərçivəsində idman jurnalistləri arasındakı sorğu nəticəsində İlin İdmançısı nominasiyası üzrə ilk 3-lüyə düşənlərin adları məlum olub.
Sportnet.az xəbər verir ki, bu ada 3 fərqli idman növünün təmsilçiləri iddia edib.
Jurnalistlər arasında səsvermə nəticəsində Mariya Stadnik (qadın güləşçi, "Minsk 2019" II Avropa Oyunlarının qalibi və dünya çempionu), Milad Beigi Harçeqani (taekvondoçu, dünya çempionu) və Teymur Rəcəbov (şahmatçı, Dünya Kubokunun qalibi) ən çox səs yığıb. Qalib idmançı dekabrın 19-da Bakı Olimpiya Stadionunda (BOS) mükafatlandırılacaq.
Qeyd edək ki, layihənin təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionu, İnformasiya dəstəkçisi "Report" agentliyi, baş sponsoru "AAAF Holding", sponsorları isə Azərbaycanın ilk idman geyimi brendi "İl`Azero" və "Dadlı Naxçıvan Məhsulları"dır.