Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycanı ənənəvi turnirdə baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yunan-Roma güləşçiləri təmsil edib. Komanda üzvləri 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Murad Məmmədov (60 kq), Ülvi Qənizadə (72 kq), Rafiq Hüseynov (82 kq) və Sabah Şəriəti (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sənan Süleymanovla (72 kq) Orxan Nuriyev (97 kq) ikinci, Taleh Məmmədov (63 kq) isə üçüncü yeri tutub.
Qeyd edək ki, Qran-pridə beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.