Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə kəmər sahibi Həbib Nurməhəmmədov atası Abdulmanap Nurməhəmmədovun ölümündən sonra ilk dəfə məşqləri bərpa edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə rusiyalı idmançı özünün "Instagram" səhifəsində paylaşım edib.
"Məşqlər davam edir", - o yazıb.
Qeyd edək ki, Nurməhəmmədovun atası iyulun 3-də koronavirus səbəbindən dünyasını dəyişib. Həbib növbəti döyüşünü oktyabrın 24-də müvəqqəti çempion Castin Geyciyə qarşı keçirəcək. Görüş Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək.