1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rafael Ağayev İstanbula yollandı
Martın 12-də Türkiyənin İstanbul şəhərində start götürəcək Karate 1 Premyer Liqa turniri üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 21 idmançı yer alıb. Yarışa yollanan baş məşqçilər Qurban Tağıyev, Denis Morozov və Vaid Ayvazov, eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Rəşad Hüseynov bəzi çəkilərdə bir neçə idmançını tatamiyə çıxaracaq.
Kumiteçilərdən Firdovsi Fərzəliyev, Sultan Hüseynov və Əminağa Quliyev 60 kq, Tural Ağalarzadə və Rafiz Həsənov 67 kq, Rafael Ağayev və Fərid Ağayev 75 kq, Turqut Həsənov, Pənah Abdullayev və Ayxan Mamayev 84 kq, Asiman Qurbanlı və Əli Cəfərov isə 84 kq-dan yuxarı çəki dərəcələrində döyüşəcək.
Qadınların yarışında isə Nuranə Əliyeva və Fidan Teymurova 50 kq, İlahə Qasımova və Mədinə Sadıqova 55 kq, İrina Zaretska 68 kq, Fəridə Əliyeva 68 kq-dan yuxarı çəkidə mübarizə aparacaq.
Kata çıxışlarına Roman Heydərov (fərdi), həmçinin Rövşən Əliyev, İsmayıl Quliyev və Tural Balcanlıdan ibarət komanda qatılacaq.
Beynəlxalq hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev nüfuzlu turniri idarə edənlər arasında olacaq. Üç gün davam edəcək yarışda ümumilikdə turnirdə 75 ölkədən 865 karateçi çıxış edəcək.
Qeyd edək ki, Azərbaycan milli komandası yarışdan əvvəl İstanbulda 10 günlük təlim-məşq toplanışında iştirak edib.