Azərbaycan taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında ikinci günü medalsız bitirib.
Sportnet.az-ın məlumatına görə, bu gün mübarizəyə qoşulan Xanoğlan Kərimov (63 kq) 1/16 finalda Boqdan Tixonova (Ukrayna) uduzub.
68 kq-da yarışan Cavad Ağayev isə 1/4 finaladək irəliləyə bilib. O, Beka Kavtaradze (Gürcüstan) və İmran Özkayaya (Almaniya) qalib gəlsə də, 1/4 finalda Xavyer Peresə (İspaniya) məğlub olub.
Qeyd edək ki, ilk yarış günündə Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.
------------------------------------------------
Bu gün Azərbaycanın daha iki taekvondoçusu Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında mübarizəyə başlayır.
Sportnet.az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində çıxış edən Xanoğlan Kərimov 1/16 finalda ukraynalı Boqdan Tikonovla görüşəcək.
68 kq-da yarışan Cavad Ağayev isə Gürcüstan millisinin üzvü Beka Kavtaradze ilə üz-üzə gələcək.
Qeyd edək ki, ilk yarış günündə Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb, digər 3 idmançı yarışı medalsız bitirib. Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.
Avropa çempionatı
9 aprel
Kişilər
63 kq
1/16 final. Xanoğlan Kərimov - Boqdan Tixonov (Ukrayna) - 7:22
68 kq
1/16 final. Cavad Ağayev - Beka Kavtaradze (Gürcüstan) - 7:4
1/8 final. Cavad Ağayev - İmran Özkaya (Almaniya) - 12:2.
1/4 final. Cavad Ağayev - Xavyer Peres (İspaniya) - 13:24
Qeyd edək ki, ilk yarış günündə Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb.