Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici raundda Rusiyanı təmsil edən Maksim Hramtsovla üz-üzə gəlib.
Əsas vaxt 12:12 hesabı ilə bitib. Rəqibinə əlavə vaxtda 0:3 hesabı uduzan Hərçəqani gümüş medal qazanıb.
----------------------------------------------
Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı bu raundda İspaniya təmsilçisi Raul Martineslə üz-üzə gəlib.
Rəqibini məğlub edən Hərçəqani finala yüksəlib.
-------------------------------------------
Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Oleksandr Filippova (İsrail), növbəti raundda isə Tahir Güleçə (Almaniya) qalib gələrək ən azı bürünc medalı özü üçün təmin edib.
74 kq-da yarışan Ayxan Tağızadə Atman Bouthouyak (Fransa) və Stavro Tsipounisi mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda Daniel Quesadanın (İspaniya) müqavimətini qıra bilməyib.
Qadınlardan isə Fəridə Əzizova (67 kq) Elin Johanssonu (İsveç) məğub etsə də, Lauren Villiamsa (Böyük Britaniya) uduzub.
Qeyd edək ki, daha əvvəl Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.
------------------------------------------
Bu gün Azərbaycanın daha üç taekvondoçusu Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, üçüncü yarış günündə 74 kq çəki dərəcəsində çıxış edən Ayxan Tağızadə 1/16 finalda Atman Bouthouyakla (Fransa) üz-üzə gələcək.
80 kq-da yarışan Avropa və ikiqat dünya çempionu Milad Beigi Hərçəqani 1/8 finalda David Simek (Çexiya) - Oleksandr Filippov (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.
Qadınların yarışında Fəridə Əzizova (67 kq) isə 1/8 finalda Natalia İuleva (Belarus) - Elin Johansson (İsveç) duelinin güclüsü ilə görüşəcək.
Qeyd edək ki, ilk yarış günündə Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.
Kişilər
74 kq
1/16 final. Ayxan Tağızadə - Atman Bouthouyak (Fransa) - 9:7
1/8 final. Axyan Tağızadə - Stavro Tsipounis (Yunanıstan) - 7:0
1/4 final. Ayxan Tağızadə - Daniel Quesada (İspaniya) - 15:2
80 kq
1/8 final. Milad Beigi Hərçəqani - Oleksandr Filippov (İsrail) - 25:2
1/4 final. Milad Beigi Hərçəqani - Tahir Guelec (Almaniya) - 24:1
1/2 final. Milad Beigi Hərçəqani - Raul Martines (İspaniya) - 12:6
Final. Milad Beigi Hərçəqani - Maksim Hramtsov (Rusiya) - 12:15
Qadınlar
67 kq
1/8 final. Fəridə Əzizova - Elin Johansson (İsveç) - 7:0
1/4 final. Fəridə Əzizova - Lauren Villiams (Böyük Britaniya) - 12:16