
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Ukrayna təmsilçisi Dmitri Pışkovla üz-üzə gəlib.
Rəqibini məğlub edən Süleymanov qitə çempionatının bürünc medalına sahib çıxıb.
Daha əvvəl Eldəniz Əzizli (55 kq) bürünc, Taleh Məmmədov (63 kq) isə gümüş medal əldə edib.
Bu gün yarışa qoşulan idmançılardan Namaz Rüstəmov (67 kq) və Zamir Məhəmmədov (97 kq) rəqibləri finala vəsiqə qazandığı üçün bürünc medal uğrunda mübarizə aparacaqlar. Rüstəmov təsəlliverici görüşdə İtaliya təmsilçisi Zaur Kabaloevlə üz-üzə gələcək. Məhəmmədov isə bürünc medal uğrunda qarşılaşmada Mikalay Stadubla (Belarus) güləşəcək.
Bu çəki dərəcələrində medal və təsəlliverici qarşılaşmalar aprelin 25-də olacaq.
-------------------------------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı Rusiya təmsilçisi Cambolat Lokyayevlə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Məmmədov gümüş medal əldə edib.
Qeyd edək ki, daha əvvəl Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) bürünc medal uğrunda Dmitri Pışkovla güləşəcək.
--------------------------------------------------------
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Fabian Şmittlə (Almaniya) üz-üzə gəlib.
Rəqibini məğlub edən Əzizli qitə çempionatının bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, Taleh Məmmədov (63 kq) bu gün finalda Cambolat Lokyayevin (Rusiya) müqavimətini qırmağa çalışacaq. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) bürünc medal uğrunda Dmitri Pışkovla güləşəcək.
---------------------------------------------------------------
Bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.
Sportnet.az məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Murad Bazarov 1/4 final mərhələsində Qleb Makarankaya (Belarus) uduzub.
67 kq-da yarışan Namaz Rüstəmov 1/8 finalda Mete Nemesə (Serbiya) məğlub olub. Xasay Həsənli (72 kq) təsnifatda Valentin Petiçi (Moldova) mübarizədən kənarlaşdırsa da, 1/8 final mərhələsində Aleksandar Maksimoviçlə (Serbiya) bacarmayıb.
Tuncay Vəzirzadə (82 kq) eyni raundda Mixail Braduya (Moldova) qalib gəlib. O, 1/4 final mərhələsində Aivenqo Rikadzeni (Gürcüstan) büdrədə bilməyib.
Nəhayət, 97 kq-dakı Zamir Məhəmmədov 1/4 finala təsadüf edən görüşdə Balaş Kissə (Macarıstan) məğlub olub.
Həmin güləşçilər rəqibləri finala vəsiqə qazanacağı təqdirdə aprelin 25-də təsəlliverici qarşılaşmada iştirak edəcəklər.
Bu gün eyni zamanda yunan-Roman güləşinin 5 çəki dərəcəsi üzrə medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kq) bürünc medal uğrunda qarşılaşmada Fabian Şmittllə üz-üzə gələcək. Taleh Məmmədov (63 kq) finalda Cambolat Lokyayevin (Rusiya) müqavimətini qırmağa çalışacaq. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) bürünc medal uğrunda Dmitri Pışkovla güləşəcək.
Yarımfinallar saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.
--------------------------------------------------------
Bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, Murad Bazarov (60 kq) və Zamir Məhəmmədovun (97 kq) ilk görüşü 1/4 final mərhələsinə təsadüf edəcək. Namaz Rüstəmov (67 kq) və Tuncay Vəzirzadə (82 kq) yarışa 1/8 final mərhələsindən qoşulacaq.
Xasay Həsənli (72 kq) isə təsnifatda mübarizəyə start verəcək.
60 kq
1/4 final: Murad Bazarov - Qleb Makaranka (Belarus) - 1:3
67 kq
1/8 final: Namaz Rüstəmov - Mate Nemes (Serbiya) - 0:6
Təsəlliverici görüş: Namaz Rüstəmov - Zaur Kabaloev (İtaliya)
72 kq
Təsnifat: Xasay Həsənli - Valentin Petiç (Moldova) - 5:3
1/8 final. Xasay Həsənli - Aleksandar Maksimoviç (Serbiya) - 2:3
82 kq
1/8 final: Tuncay Vəzirzadə - Mixail Bradu (Moldova) - 6:3
1/4 final. Tuncay Vəzirzadə - Aivenqo Rikadze (Gürcüstan) - 3:5
97 kq
1/4 final: Zamir Məhəmmədov - Balaş Kiss (Macarıstan) - 0:4
Bürünc medal görüşü: Zamir Məhəmmədov - Mikalay Stadub (Belarus)
Bu gün eyni zamanda yunan-Roman güləşinin 5 çəki dərəcəsi üzrə təsəlliverici və medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kq) bürünc medal uğrunda görüşdə Fabian Şmitt (Almaniya) / Mattias Poutanen (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Taleh Məmmədov finalda Cambolat Lokyayevin (Rusiya) müqavimətini qırmağa çalışacaq. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) isə təsəlliverici görüşdə Varujan Qriqoryanla (Ermənistan) görüşəcək.
55 kq
Bürünc medal görüşü: Eldəniz Əzizli - Fabian Şmitt (Almaniya) - 8:0
63 kq
Final: Taleh Məmmədov - Cambolat Lokyayev (Rusiya) - 0:6
77 kq
Təsəlliverici görüş: Sənan Süleymanov - Varujan Qriqoryan (Ermənistan) - 11:0
Bürünc medal görüşü: Sənan Süleymanov - Dmitri Pışkov (Ukrayna) - 6:0
Qeyd edək ki, seçmə mərhələ və təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.