Azərbaycan taekvondoçusu Radik isayev Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarna lisenziya xarakteli Avropa Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 80 kq-dan yuxarı çəki dərəcəsində Avropa, dünya və olimpiya çempionu final yolundakı rəqibi Deyan Georgiyevski (Makedoniya) olub.
Rəqibinə 6:13 hesabı ilə uduzan İsayev Tokio olimpiadasına lisenziya qazana bilməyib.
---------------------------------
Azərbaycanın daha bir taekvondoçusu Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarna lisenziya xarakteli Avropa Təsnifat Turnirində mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 80 kq-dan yuxarı çəki dərəcəsində Avropa, dünya və olimpiya çempionu Radik İsayev dayanq üzərinə çıxıb.
Mübarizəyə 1/4 finaldan qoşulan 32 yaşlı idmançı serbiyalı Miloş Qoluboviçla qarşılaşıb. Rəqibinə 20:10 hesabı ilə qalib gələn İsayev yarımfinala vəsiqə qazanıb.
------------------------------------
Bu gün Azərbaycanın daha bir taekvondoçusu Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarna lisenziya xarakteli Avropa Təsnifat Turnirində mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 80 kq-dan yuxarı çəki dərəcəsində Avropa, dünya və olimpiya çempionu Radik İsayev dayanq üzərinə çıxacaq.
O, Miloş Qoluboviç (Serbiya) - Miloş Pilipoviç (Norveç) cütünün qalibi ilə 1/4 finalda üz-üzə gələcək.
Qeyd edək ki, Avropa Təsnifat Turnirində ötən gün qadınların mübarizəsində Fəridə Əzizova (67 kq) lisenziya qazanıb. Daha əvvəl Milad Beigi Hərçəqani (80 kq) olimpiadaya vəsiqəni təmin edib.
Avropa Təsnifat Turniri
(+80 kq)
1/4 final: Radik İsayev - Miloş Qoluboviç (Serbiya) - 20:10
1/2 final: Radik İsayev - Deyan Georgiyevski (Şimali Makedoniya)