"Dünya çempionatında ikinci qızıl medalı qazandım. Olimpiadadan sonra kiçik fasilə götürmüşdük. Qərara gəldik ki, mundialda da iştirak edim".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında qızıl medal qazanmış Azərbaycan karateçisi İrina Zaretska jurnalistlərə açıqlamasında deyib.
68 kq çəki dərəcəsində çıxış edən idmançı 2021-ci ili karyerası üçün uğurlu hesab edib. O, yeni titullar əldə etmək istədiyini vurğulayıb.
Qeyd edək ki, İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medala layiq görülüb.