Taekvondo üzrə Azərbaycan milli komandası 2022-ci il yanvarın 5-dən təlim-məşq toplanışına başlayacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev məlumat verib.
O bildirib ki, hazırlıq prosesində 8 əsas idmançı ilə yanaşı, gənclər və iştirak edəcəklər: "Azərbaycanda yaxşı gənc idmançılar var. Bununla bağlı iş planı hazırlamışdıq. Təəssüf ki, pandemiyaya görə həyata keçirə bilmədik. Gəncləri ölkə xaricində təlim-məşq toplanışlarına göndərmək istəyirik".
N.Paşayev tanınmış taekvondoçu Milad Beigi Harçeqaninin hərbi xidmət məsələsini həll etdiyini diqqətə çatdırıb: "Milad Azərbaycanda idi, komanda üzvləri kimi tətilə buraxıldı. Yanvarın 5-də burada olacaq".