Azərbaycan milli komandasının üzvləri Karate1 Premyer Liqa turninin yeni mövsümünə uğurla başlayıb.
Spornet.az-ın məlumatına görə, tdmançılar Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində yarşda 3 medal qazanıb.
İrina Zaretska (68 kq) yarışın qalibi olub. Tural Ağalaradə (67 kq) gümüş medal əldə edib. Turqut Həsənov (68 kq) isə bürünc medal qazanıb.
Daha iki karateçi medallar uğrunda həlledici görüşlərdə iştirak edib. Roman Heydərov (kata) və Pənah Abdullayev (-84 kq) bürünc medalları əldən verib.
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov Premyer Liqanın məsul görüşləri sayılan mükafatlar uğrunda final mərhələsinin idarə edənlər arasında olub.
Fuceyrada Karate1 Premyer Liqa turnirində 55 ölkədən 342 idmançı mübarizə aparıb.
Azərbaycan Milli Karate Federasiyanın prezidenti Yaşar Bəşirov Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinosla görüşündə 2-4 Sentyabr tarixlərində Bakıda Karate1 Premyer Liqa turnirinə hazırlıq işləri və Dünya Şotokan Federasiyasının cari mövsüm iş planı barədə danışıblar.