Azərbaycanın daha bir boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında Avropa çempionatında 1/4 final görüşünə çıxıb.
Federasiyanın Mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 51 kq çəki dərəcəsində yer alan Amin Məmmədzadə bu raundda ermənistanlı Aren Aslamazyanla qarşılaşıb.
Rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn Məmmədzadə onu vaxtından əvvəl yarışdan kənarlaşdırıb və ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, daha əvvəl Kənan Babayev (48 kq) Sofiyadan mükafatla ayrılacağını rəsmiləşdirib.