Mayın 13-də Mərakeşin paytaxtı Rabatda start götürəcək Karate1 Premyer Liqa turnirində iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Azərbaycan Milli Karate Federasiyasının Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yarışa 3 idmançı qatılacaq.
Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı İrina Zaretska (68 kq) ilə birgə, Əminağa Quliyev və Sultan Hüseynov (hər ikisi 60 kq) mübarizə aparacaq.
Qeyd edək ki, turnirdə 48 ölkədən 238 karateçi qüvvəsini sınayacaq. Yarışın növbəti mərhələsi 2 - 4 sentyabrda Bakıda olacaq.