Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti medalını təmin edib.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 58 kq çəki dərəcəsində çıxış edən taekvondoçu Həşim Məhəmmədov Pakistan təmsilçisi Xan Haruna qalib gələrək yarımfinala yüksəlib.
Məhəmmədov yarımfinala vəsiqə qazandığı üçün ən azı bürünc medalı qazanmış sayılır.
Qeyd edək ki, Səyyad Dadaşov (54 kq) 1/4 finalda, qadın taekvondoçulardan Səidə Əliyeva (57 kq) və Röya Hacıyeva (53 kq) isə 1/8 finalda mübarizəni dayandırıblar.
Xatırladaq ki, daha əvvəl atlet Anna Skidan çəkicatma növündə qızıl medala sahib çıxıb.