1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Namiq Əliyev: "Bizə favorit kimi baxırlar" - MÜSAHİBƏ
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev sərbəst güləş üzrə yığma komandanın bu gün keçirilən açıq məşqindən sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir
- İlk olaraq Dünya Kubokuna yollanacaq heyət haqda məlumat verərdiniz...
- Artıq əsas heyət açıqlandı. Yarış üçün optimal heyət seçmişik. Bizim bir az vaxt məhdudiyyətimiz var. Kubok yarışlarından sonra I Avropa Oyunlarıdır. Ondan 3 ay sonra isə Dünya çempionatı olacaq. Bu yarış Las Veqasda keçiriləcək və bizim üçün önəmlidir. Çalışırıq ki, hər üç turnirdə optimal idmançalarımız uğurla çıxış etsin. Bu baxımdan normal heyət seçmişik və hesab edirəm ki, kifayət qədər təcrübəli idmançılarımız var. İnanıram ki, yarışlar zamanı onlar öz sözlərinid eyəcək.
- Dünya Kubokunun qrupunda İran, Türkiyə və Belarusla mübarizə aparacağıq. Qrupda birinci yeri tutaraq, finala çıxmaq şansımız nə qədərdir?
- Hesab edirəm ki, bizim komanda favoritdir. Böyük rəq2abət İran yığması ilə olacaq. Buna baxmayaraq, bizim idmançılar uğurla güləşəcəklər.
- Xetaq Qazimov heyətdə yer almayıb. Onu Avropa Oyunları üçün saxlayırsınız?
- Bəli, istəyirik ki, Xetaq Oyunlarda güləşsin. Las Veqasda Şərif Şəirfov güləşsin. Güclərin bölünməsini nəzərə alaraq bu cür addım etdik.
- Bəzi çəki dərəcələrində yalnız bir idmançı çıxış edəcək. Bu riskli deyil?
- Bunlar hamısı hesablanıb. İranla axırıncı güləşəcəyik. Bizə rəqib olan hansı çəkilərdə güclü idmançılar varsa, biz də o çəki üçün iki idmançı götürmüşük. Bunların hamısı nəzərə alınıb. İki idmançı götürmüşük ki, yorulmasınlar.
- Heyətə baxdıqda, hansı pilləni qazanmağın mümkünlüyünü demək olar?
- Ümumiyyətlə biz yarışa qatılanda 2-ci, 3-cü olmaq haqda düşünmürük. Azərbaycab güləşi elə səviyyədədir ki, hansı yarışa qatılırıqsa, bizə favorit kimi baxırlar. İdmançılar da buynu dərk edirlər ki, onlar birinci olmaq üçün yarışmalıdır. Biz ancaq qələbə üçün çalışırıq.