Bu gün Azərbaycanın daha üç cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində mübarizəyə başlayacaq.
Sportnet.az məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Nurlan Osmanov 1/32 finalda Gürcüstan təmsilçisi Mixeili Baxbaxaşvili ilə üz-üzə gələcək.
81 kq-dakı Rüstəm Orucov 1/16 finalda Monqolustandan olan Bolor-Oçir Gereltuyanın, eyni çəkidəki Zelim Tçkayev onun həmyerlisi Batbold Bulqanın müqaviləmətini qırmağa çalışacaq.
Qeyd edək ki, yarışın ilk günündə Orxan Səfərov (66 kq) gümüş medala sahib çıxıb. Böyük Dəbilqə fevralın 18-də başa çatacaq.