Azərbaycanın iki qadın güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan U-23 Avropa çempionatında medal qazanıb.
Sportnet.az xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan Birgül Sultanova gümüş medala sahib olub. O, finalda rumıniyalı Amina Kapezanla qarşılaşıb. Həlledici görüş gərgin mübarizə şəraitində keçib. Rəqibinə minimal fərqlə (5:6) uduzan Soltanova Avropa vitse-çempionluğu ilə kifayətlənib.
57 kq çəki dərəcəsində yer alan Jalə Əliyeva 3-cü yer uğrunda görüşdə italiyalı Auroro Russo ilə üz-üzə gəlib. O, rəqibini 6:2 hesabı ilə məğlub edərək, bürünc medala yiyələnib.
Gültəkin Şirinova (53 kq) isə bürünc medal qarşılaşmasında moldovalı Mariana Draqatuna uduzub və 5-ci yerlə kifayətlənib.