Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə gümüş medal qazanıb.
Sportnet.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı finalda belçikalı Mattias Kasseyə uduzub.
Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq.
--------------------------
Azərbaycanın daha 4 cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə bu gün mübarizəyə başlayır.
Sportnet.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov 1/16 final mərhələsində Aleksandr Brernd Qabler (Almaniya) / Erdenebayar Batzaya (Monqolustan) cütünün qalibi, eyni çəkidəki Nurlan Osmanov 1/32 finalda Aleksandru Rayku (Rumıniya) ilə üz-üzə gələcək.
81 kq-dakı Səid Mollayi 1/16 finalda Tiziano Falkon (İtaliya) / Jus Mesilosek (Sloveniya) duelinin güclüsü ilə, eyni çəkidəki Zelim Tçkayev Nikola Qardaşeviçlə (Monteneqro) görüşəcək.
Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.