
Ümumdünya Taekvondo Federasiyası (WT) Rusiya və Belarus idmançılarının neytral statusda qəbul edilməsi ilə bağlı bəyanat yayıb.
Sportnet.az xəbər verir ki, qurum Beynəlxalq Olimpiya Komitəsinin tövsiyələrini nəzərə alıb.
Ümumdünya Taekvondo Federasiyası Bakıda keçirilən kişilər və qadınlar arasında dünya çempionatından başlayaraq WT-nin himayəsi altında təşkil olunacaq çempionatlarda Rusiya və Belarus pasportlarına malik idmançıların neytral statusda çıxış etməsinə icazə verib.
Bakıdakı dünya çempionatı mayın 29-dan iyunun 6-dək keçiriləcək.
Qeyd edək ki, Rusiyanın Ukraynaya silahlı müdaxiləsinə, Belarusun isə bunu dəstəkləməsinə görə sözügedən ölkələrin idmançıları və komandaları beynəlxalq yarışlardan kənarlaşdırılmışdlar.