Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən gənclər arasında Avropa Kubokunda 4 medal qazanıb.
Sportnet.az xəbər verir ki, medallardan 2-si ilk yarış gününə təsadüf edib. Nizami İmranov 60 kq çəki dərəcəsində qızıl, Aydın Rzayev 66 kq-da bürünc medala yiyələnib.
Növbəti gün isə Kənan Nəcəfov 100 kq-dan yuxarı çəki dərəcəsində qızıl, Ömər Rəcəbli 81 kq-da gümüş medal əldə edib.
Beləliklə, ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan Azərbaycan yığması oğlanlar arasında ikinci, ümumi komanda hesabında üçüncü yeri tutub.