Dünya çempionatının ikinci günündə 3 cüdoçumuz mübarizəyə başlayacaq
Sportnet.az xəbər verir ki, Qatarın paytaxtı Doha şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Dünya çempionatının ikinci günündə 3 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq. Kişilər arasında -66 kq. çəki dərəcsində Orxan Səfərov, qadınlar arasında isə -52 kq. çəkidə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva tatamiyə çıxacaq.
Çempionatın ilkin görüşləri Bakı vaxtı ilə saat 11:30-da, final görüşləri isə saat 19:00-da başlayacaq.