Las-Veqasın "MGM-Grand" salonunda keçirilən boks üzrə WBA, WBC və WBO versiyaları üzrə final döyüşündə Floyd Meyvezer qələbə qazanıb. Sportnet.az-ın məlumatına görə, Meyvezer filippinli Menni Pakyao üzərində qələbəni bayram edib.
Hər 3 hakim qələbəni ABŞ boksçusuna verib - 118:110, 116:112, 116:112.
Bu döyüşədək WBO versiyası üzrə kəmər filippinliyə məxsus olsa da, Meyvezer bu titulu da onun əlindən almağı bacarıb. Bu, "pul" ləqəbi ilə tanınan ABŞ boksçusunun karyerasında 48-ci qələbədir. Maraqlıdır ki, o, peşəkar rinqdə də eyni sayda döyüş keçirib. Başqa sözlə, Floyd bütün qarşılaşmalarını qələbə ilə başa vurub.
Maraqlıdır ki, ötən gecə baş tutan döyüşdən sonra Meyvezer bütün kəmərlərindən imtina edəcəyini dilə gətirib: "Başqa boksçular da şans qazanmalıdırlar. Mən xəsis deyiləm. Mayın 4-də kəmərlərimdən imtina edəcəyəm".
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |