
Taekvondo üzrə 2017-ci il dünya çempionatı Cənubi Koreyanın Mucu şəhərində keçiriləcək. Sportnet.az-ın məlumatına görə, bu haqda Beynəlxalq Taekvondo Federasiyasının Rusiyanın Çelyabinsk şəhərindəki iclasında qərar qəbul edilib.
Yarışa meydan sahibliyi üçün Turkiyənin Samsun şəhəri də namizədliyini irəli sürmüşdü. Lakin DÇ-2017-nın paytaxtı federasiyanın rəsmi iclasından sonra bəlli olub. Çolla-Pukto vilayətinin Mucu şəhərinin qubernatoru Son Xa Cin bu xəbərə çox sevindiklərini bildirib.
Qeyd edək ki, builki dünya çempionatı sabah Rusiyanın Çelyabinsk şəhərində start götürəcək. Azərbaycan milli komandasının da qatılacağı yarış 7 gün davam edəcək.