1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan yığması İzmirdə
Mayın 29-da Türkiyənin İzmir şəhərində Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmə sərbəst, yunan-Roma və qadın güləşçilər arasında 18-ci beynəlxalq turnir start götürəcək. Sportnet.az-ın məlumatına görə, 3 gün davam edəcək turnirdə Azərbaycanı yeniyetmə qızlardan ibarət yığma komandanın üzvləri təmsil edəcək.
Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin hüseynovun rəhbərliyi altında 7 güləşçimiz mübarizə aparacaq. Heyətdə Zemfira Ələkbərli (38 kq), Aynur Camalova (43 kq), Gülcahan Hacıyeva (46 kq), Sona Tumarxanova, Səbinə Həmzəlzadə (hər ikisi 49 kq), Şəbnəm Əhmədova və Tatyana Varantsova (hər ikisi 56 kq) yer alıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Vüqar Şükürov ölkəmizi təmsil edəcək.