Azərbaycan Deflimpiya Komitəsinin karate idman növü üzrə təmsilçiləri "Russia Open" beynəlxalq turnirində iştirak edəcəklər.
Komitədən Sportnet.az-a verilən məlumata görə, yarışda Səma Tağızadə (47 kiloqram) və Elnur Qasımzadə (67 kiloqram) mübarizə aparacaqlar.
Qeyd edək ki, iyulun 27-28-də Rusiyanın Soçi şəhərində keçiriləcək beynəlxalq turnir dekabrın 15-dən 20-dək Malayziyada baş tutacaq deflimpiya üzrə dünya çempionatına hazırlıq məqsədi daşıyır.