
5 mart - Bədən tərbiyəsi və İdman Günü münasibətilə jurnalistlər arasında stend atıcılığı üzrə yarış keçirilib.
Sportnet.az xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində baş tutan turnirin qalibi "Xəzər TV"nin əməkdaşı Sənan Abdullayev olub. ATV-nin işçisi Yaşar Müseyibov ikinci, AZƏRTAC-ın əməkdaşı Hümbət Məmmədov isə üçüncü yeri tutub.
Qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.