
Bakıda atıcılıq üzrə Dünya Kuboku keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, yarış mayın 8-15-i aralığında baş tutacaq.
Dünya Kubokunda 50-dən çox ölkənin 600 idmançı və texniki heyətinin iştirakı gözlənilir. Budəfəki mötəbər turnir güllə atıcılığının növləri üzrə olacaq.
Qeyd edək ki, 2022-ci ilin mayında keçirilən Dünya Kubokunda 26 ölkəni təmsil edən idmançılar 94 medal qazanıblar.