
Azərbaycan cüdoçuları İtaliyanın Neapol şəhərində XXX Ümumdünya Yay Unversiadasına qələbə ilə başlayıblar.
Sportnet.az xəbər verir ki, 90 kq çəkidə çıxış edən Əliömər Tumayev 1/8 finalda çexiyalı Jiri Petrdən güclü olub. O, növbəti raundda rusiyalı Roman Dontsovla qarşılaşacaq.
90 kq-dan yuxarı çəkidə yarışan Rüstəm Kotsoyev isə 1/16 finalda Aleksis de Leonu üstələyib. O, 1/8 finalda rumıniyalı Mirçea Krotioru ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan Universiadada 5 cüdoçu ilə təmsil olunur. Hidayət Heydərovla (73 kq)Murad Fətiyev (81 kq) iyulun 5-də çıxış edəcəklər. İbrahim Əliyev (66 kq) isə bir gün sonra bacarığını nümayiş etdirəcək.