Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi ölkədə fəaliyyət göstərən bütün taekvondo bölmə və klublarından məşqləri martın 29-dək dayandırmağı tələb edib.
Sportnet.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi "Facebook" səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarına əsasən, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirlərini nəzərə alaraq məşqlər dayandırılsın.