Hədəfimiz yenidən Superliqaya vəsiqə qazanmaqdır.
Sportnet.az "NTV Spor"a istinadən xəbər verir ki, bunu Türkiyənin "Ankaragücü" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov deyib.
25 yaşlı hücumçu komanda yoldaşları ilə birlikdə bu məqsəd üçün mübarizə aparacaqlarını bildirib: "Şanlıurfaspor"la ilk tur matçında (2:0) qol vurmaq mənə ruh yüksəliyi verdi. Bütün diqqətimizi "Ərzurumspor"a qarşı növbəti görüşə yönəldəcəyik. Bu oyunda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik".
Forvard 1-ci Liqa təmsilçisinə keçidi barədə də danışıb: "Ankaragücü" böyük klubdur. Şəhər də çox gözəldir. Bütün bunlar buraya gəlməyimə səbəb oldu".
Qeyd edək ki, Renat Dadaşov avqustun 8-də paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.