Türkiyənin "Fənərbağça" klubu heyətini iki məşhur futbolçu ilə gücləndirmək istəyir.
Msport.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
İstanbul təmsilçisi yay transfer dönəmində "Bavariya"dan fransalı Kinqli Koman və Leon Qoretska ilə maraqlanıb.
Koman Türkiyədə oynamaq istəməyib. Digər oyunçu ilə isə danışıqlar davam edir.