19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası avqustun 31-dən sentyabrın 1-dək Bakıda, sentyabrın 2-dən 10-dək isə İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olacaq.
Sportnet.az xəbər verir ki, millimiz İspaniyadakı hazırlıq zamanı 3 yoldaşlıq görüşü keçirəcək.
Təlim-məşq toplanışına dəvət olunan futbolçuların adları və yoldaşlıq görüşlərinin təqvimi aşağıdakı kimidir:
Qapıçılar: Sadiq Məmmədzadə (“Qarabağ”), Osman Hüseynov (“Riqa”, Latviya), Səlim Həşimov (“Zirə”)
Müdafiəçilər: Hüseyn Hüseynov (“Turan Tovuz”), Nihad Əliyev, Emil Bünyadzadə (“Qarabağ”), Kənan Feyziyev, Nadir Orucov, Vüsal Paşayev (hamısı “Sumqayıt”), Məhəmməd Məmmədli, Surxay Nəbiyev (hər ikisi “Neftçi”)
Yarımmüdafiəçilər: Elgün Dünyamalıyev Şahin İbrahimov, Raul Zeynallı (hamısı “Sabah”), Dinamin Bağırov (“Turan Tovuz”), Mirşahbaz Şahbazov, Murad Məmmədov (hər ikisi “Neftçi”), Qədir Ramazanov (“Qəbələ”), Sənan Muradlı, Nihad Əhmədzadə (hər ikisi “Sumqayıt”), Əşrəf Ələkbərli, Hikmət Cəbrayılzadə (hər ikisi “Qarabağ”)
Hücumçular: Davud Mənsumov (“Qarabağ”), Nihad Orucəli (“Sumqayıt”).
4 sentyabr
21:00. Şotlandiya (U-19) – Azərbaycan (U-19)
6 sentyabr
21:00. Niderland (U-19) – Azərbaycan (U-19)
9 sentyabr
13:00. Uels (U-19) – Azərbaycan (U-19)
Qeyd: Oyunların saatları Bakı vaxtı ilə göstərilib.