
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah”ın U-19 komandasının Çempionlar yolunun ikinci təsnifat mərhələsində İsveçrənin “Bazel” kollektivi ilə keçirəcəyi oyunların hakimlər briqadası açıqlanıb.
Sportnet.az xəbər verir ki, UEFA oktyabrın 23-də Bazeldəki görüşə xorvatiyalı, noyabrın 6-da Bakıdakı matça isə qazaxıstanlı baş hakimi təyin edib.
Qeyd edək ki, görüşlər müvafiq olaraq, Bakı vaxtı ilə saat 21:00 və 18:00-da başlayacaq.
23 oktyabr
21:00. “Bazel” – “Sabah”
Baş hakim: Patrik Kolarits
Baş hakimin köməkçiləri: Luka Payiç, İvan Startsevits (hamısı Xorvatiya)
Dördüncü hakim: Hayrim Qovanaj (İsveçrə)
"St. Yakob-Park" stadionu.
6 noyabr,
18:00.“Sabah” – “Bazel”
Baş hakim: Rüstam Ömərov
Baş hakimin köməkçiləri: Aleksey Dolqix, Dmitri Beloqradov (hamısı Qazaxıstan)
"ASCO Arena".