La Liqanın 1-cu turunun "Selta" ilə matçı (1:2) "Real"ın baş məşqçisi Karlo Ançelotti üçün əlamətdar olub.
Sportnet.az xəbər verir ki, sözügedən görüş mütəxəssisin Madrid təmsilçisi ilə 200-cü La Liqa oyunu olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb."
Real" bu münasibətlə Ançelottiyə 200 nömrəli formanı hədiyyə edib.
Qeyd edək ki, Ançelotti 2021-ci ilin yayından "Real"ın baş məşqçisidir. O, 2013-2015-ci illərdə də Madrid təmsilçisinə rəhbərlik edib.